Yaponiya: “Çin təhlükəsizliyimizə təhdid təşkil edir”

21:00 09-09-2020 51

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid təşkil edir, Pekin güc yolu ilə regionda status-kvonu dəyişmək istəyir.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Yaponiyanın Baş naziri Taro Kono deyib.

“Biz onların davranışını diqqətlə izləməliyik. Çin son on ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb və regionda fəaliyyətini aktivləşdirir. Əgər əvvəllər Çinin fəaliyyətləri “narahatlıq yaradan” hesab olunurdusa, hazırda “təhdid təşkil edir”, - deyə nazir bildirib.