Kişi özünü “Barbi”yə oxşatmaq üçün əməliyyat keçirdi - FOTO

02:40 10-09-2020 589

Əməliyyat keçirərək özünü “Kena” kuklasına bənzədən braziliyalı Rodriqo Alves yenidən həkim masasına uzanıb.

“Daily Mail” xəbər verir ki, bu dəfə o, özünü “Barbi”yə bənzətmək istəsə də nəticə ürəyincə olmayıb.

Əməliyyatı uğursuz alınan Alvesin çənəsində dəlik yaranıb.

O, yanvar ayında transseksual qadın olduğunu və Cesika adını istifadə etdiyini deyib.

Qeyd edək ki, Alves son 16 ildə 70-dən çox plastik əməliyyat keçirib.