Sərxoş turistlər dənizdə boğulmaqdan son anda xilas oldular - VİDEO

05:40 10-09-2020 41

Qasırğa zamanı dənizdə çimən turistlər batmaqdan son anda xilas olublar.

“ÇP Soçi” “VKontakte” kanalı hadisənin görüntülərini yayımlayıb.

Məlumata görə, kadrlar Rusiyanın Soçi şəhərində Qara dənizin sahilindəndir. Videoda görünür ki, bir neçə kişi güclü dalğalar səbəbindən sahilə çıxa bilmir.

Onların köməyinə yerli xilasedicilər və digər istirahət edənlər çatır.

Şahidlərin sözlərinə görə, turistlər içkili vəziyyətdə imişlər.