Deputat “Azəriqaz” və nazirlikdən şikayətləndi

12:20 10-09-2020 47

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Məşhur Məmmədov iki qurumdan şikayət edib. 

HerGun.Az-ın müxbiri xəbər verir ki, M.Məmmədov Azərbaycanda mənzillərə, evlərə qazın çəkilməsi üçün tələb olunan vəsait çoxdur.

“Təsəvvür edin, biri rayonda 10 min manata ev alıb, amma 15 min manat verir və qaz çəkdirir”, - deyə M.Məmmədov əlavə edib. 

O, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən də şikayətlənib. Millət vəkili Azərbaycanda rabitə tariflərinin yüksək olmasını tənqid edib. 

“Mən “Azəriqaz”a da, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə də sorğu göndərmişəm. Neçə aydır ki, nöqtəsinə, cümləsinə dəymədən mənə eyni cavab göndərirlər.

Adama elə gəlir ki, hər iki qurumdan gələn cavabları yazan adam eynidir”, - deyə M.Məmmədov əlavə edib. 

Aqşin Kərimov