AMEA doktorantura və dissertanturaya qəbul elan edir

17:40 10-09-2020 35

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Bu barədə AMEA-nın yaydığı məlumatda bildirilib.

Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli sərəncamı ilə ali təhsil müəssisələrinin və elmi təşkilatlarının 2020-ci il üçün doktorant, dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilib.

Qəbul planına əsasən, doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə AMEA-nın elmi müəssisə və təşkilatlarına 102 yer əyani, 49 yer qiyabi, elmlər doktoru hazırlığı üzrə 39 yer, o cümlədən 14 əyani, 25 qiyabi, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 180 yer, elmlər doktoru hazırlığı üzrə 98 yer müəyyən olunub.