Keçmiş UFC çempionu Qetjiyə Nurməhəmmədovla döyüşməyin yolunu göstərdi

20:20 10-09-2020 46

Keçmiş UFC çempionu Henri Sexudo amerikalı Castin Qetjiyə Həbib Nurməhəmmədovla necə döyüşməli olduğu barədə tövsiyə verib.

Bu barədə “Essentially Sports” məlumat yayıb.

“Qetji üçün qələbənin açarı riskə girmək, ayaqları “loukik”lərlə məhv etmək və “teykdaun”lardan özünü qorumaqdır. Həbib oyunçudur – döyüşlərini hislər üzərində qurur. Qetjinin bir tutarlı “loukik”i döyüşün gedişini dəyişə bilər”, - deyə H.Sexudo bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədovla Castin Qetji arasında döyüş oktyabrın 24-də keçiriləcək.