“Hörümçək adam” ləqəbi alan yeddi yaşlı Yaşar hərəkətləri ilə görənləri heyrətə gətirir – FOTO/VİDEO

21:00 10-09-2020 601

Yeddi yaşlı “Hörümçək adam”ın düz divara maneəsiz dırmaşması görənləri heyrətə gətirir.

“Daily Mail”in məlumatına görə, kadrlar Hindistandandır.

Videodan görünür ki, balaca Yaşar Sinqh əl və ayaqlarından istifadə etməklə çox rahatlıqla düz divara çıxır.

Uşağın sözlərinə görə, onda bu həvəs “Hörümçək adam” filminə baxdıqdan sonra yaranıb:

“Mən də onun kimi düz divara çıxmaq istəyirdim və bunun üzərində işləməyə başladım. Yeni başlayanda çox yıxılırdım. Amma ruhdan düşməyib məşqlərə davam etdim və bir gün nəhayət alındı. Mən qardaşıma, o da valideynlərimə dedi. Hər kəs şokda idi. Valideynlərim divara dırmaşmağımı istəmirdi, çünki yıxılıb əzilə bilərdim. Ancaq mən onları inandıra bildim”.

Yaşarın sözlərinə görə, yıxılmaq üzrə olanda yaralanmamaq üçün xüsusi vəziyyət alır.