Rusiya Ədliyyə Nazirliyi Elman Paşayevin vəkillik statusunun ləğvini təklif edib

21:20 10-09-2020 361

Rusiya Federasiyası Ədliyyə Nazirliyi aktyor Mixail Yefremovu müdafiə edən Elman Paşayevi vəkillik statusundan məhrum etmək istəyir.

“Meduza” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi vəkil Elman Paşayevin statusuna xitam verilməsi barədə təklif təqdim etməyi planlaşdırır və vəkil Aleksandr Dobrovinskiyə qarşı intizam icraatının başlanmasını təklif edir.

Ədliyyə Nazirliyi belə bir qərarın Yefremovun işi üzrə məhkəmə prosesi zamanı vəkillərin davranışları ilə əlaqəli olduğunu vurğulayıb.

Mixail Efremov hökmdən sonra Paşayevin apellyasiya şikayətindən imtina edəcəyini bildirib. İstintaq təcridxanasında onu ziyarət edən hüquq müdafiəçilərinin dediyi kimi, aktyor da Paşayevin hərəkətlərinin onu çətin vəziyyətə saldığını fikirləşir.