Putin Zaxarovanın paylaşımına görə Serbiya prezidentindən üzr istədi - FOTO

01:40 11-09-2020 363

Rusiya Prezidenti Vladimir Putin Serbiya lideri Aleksandr Vuçiçdən üzr istəyib. 

RİA məlumat verir ki, buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Facebook səhifəsindəki paylaşımı olub. 

Xatırladaq ki, bir müddət əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiçin Trampla görüşü zamanı ABŞ prezidentinin masasından aralı məsafədə yerləşən stulda əyləşməsinin görüntüsü yayılıb. Həmin fotonu Rusiya XİN rəsmisi Mariya Zaxarova Facebook səhifəsində yerləşdirərək ğzünəməxsus şəkildə şərh edib. O, şərhində Vuçiçi məşhur “Əsas instinkt ” filmində baş rolun ifaçısı Şeron Stounla müqayisə edərək bunları yazıb:

“Əgər sizi Ağ Evə çağırıb, stulu sorğu-suala tutulmuş kimi qoyurlarsa, o zaman ikinci şəkildəki kimi oturun.

Aleksandr Vuçiç də öz növbəsində Zaxarovanın məlum statusuna münasibət bildirib. Serbiya prezidenti Zaxarovanın hərəkətini primitivlik və ədəbsizlik adlandırıb:

“Prezident Putin  heç vaxt  heç nəyə görə məndən üzr istəməyib, Sergey Lavrov da həmçinin. Lakin Zaxarovanın paylaşımına görə, hər ikisi üzr istəyib”.