Stüardessa alovlu rəqsi ilə izləyicilərin diqqətini çəkdi - VİDEO

02:00 11-09-2020 32

ABŞ-ın “Delta Air Lines” hava yolları şirkətində çalışan stüardessa təyyarənin göyərtəsində oynadığı rəqs ilə sosial şəbəkə izləyicilərinin diqqətini cəlb edib.

REN TV xəbər verir ki, stüardessa videonu öz “Instagram” səhifəsində paylaşıb.

Video qısa müddətdə populyarlıq qazanıb, paylaşıma şərh yazan izləyicilər təyyarədə sərnişinlərə xidmət edən qadının bacarığını yüksək qiymətləndiriblər.