Mağazanı qarət edib, ehtiyacı olanlara payladı - FOTO

05:00 11-09-2020 27

Rusiyada “Robin Qud” peyda olub. Belə ki o, mağazanı qarət etdikdən sonra, götürdüyü pulu ehtiyacı olanlara paylayıb.

Bu barədə rg.ru xəbər yayıb.

Bildirilir ki, Zabaykalsk diyarında ticarət mərkəzlərinin birində sahibkar polisə müraciət edərək mağazasının qarət olunduğunu, üç notbuk və içərisində 800 min rubl (17 933 AZN) olan seyfinin oğurlandığını deyib.

Polis şübhəlini saxlayıb. Məlum olub ki, bu, 23 yaşlı yerli sakindir. O, təqsirini etiraf edib və oğurladıqlarının bir qismini ehtiyacı olanlara payladığını, qalanını isə ianə qutusuna atdığını deyib.

Hüquq mühafizəçiləri ondan daha 57 min rubl (1 277 AZN) müsadirə ediblər.

Hazırda gənc saxlanılıb, onun barəsində cinayət işi açılıb.