Timoşenko koronavirusa qalib gəldi

14:40 11-09-2020 22

Ukraynanın sabiq baş naziri, Batkivşina Partiyasının lideri Yuli Timoşenkonun növbəti koronavirus testinin nəticələri mənfi çıxıb.

Bu barədə Batkivşina Partiyasının mətbuat katibi Marina Sorok öz “Facebook” səhifəsində yazıb.

“Koronavirusun öhdəsindən gəlindi. Yuli Timoşenko özünü xeyli yaxşı hiss edir. Hələlik sətəlcəm qalır, amma müalicənin nəticələri uğurludur”, - deyə M. Sorok yazdığı statusda qeyd edib.

Xatırladaq ki, Yuli Timoşenkonun koronavirusa yoluxması barədə məlumat avqustun 23-də yayılıb. Siyasətçinin ailə üzvləri də COVID-19-a yoluxub.