Günəşlidə ağır qəza: “Opel” iki nəfəri vurdu
20:40 11-09-2020 359
Paytaxtın Suraxanı rayonunda ağır yol qəzası olub.
HerGun.Az xəbər verir ki, Günəşli qəsəbəsində minik avtomobili iki piyadanı vurub.
“Opel” markalı, 10-VN-137 nömrəli minik maşını yolu keçən piyadalara çırpılıb.
Hər iki şəxs ağır bədən xəsarətləri alıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.