“Qalatasaray”ın gənc ulduzu komanda ilə vidalaşdı

21:00 11-09-2020 378

“Qalatasaray”ın Fransanın “Lil” komandasına keçməsi gözlənilən gənc futbolçusu Mustafa Kapı vide mesajı yayımlayıb.

Bu barədə “Milliyet” məlumat yayıb.

“Bu günlərə gəlməyimdə haqqı və əməyi olan başda Fatih Terim olmaqla bütün məşqçilərimizə, komanda yoldaşlarıma, “Qalatasaray” və millidə olan bütün peşəkarlara sonsuz təşəkkürlər. Haqqınızı halal edin”, - deyə M.Kapı bildirib.