Hollivud ulduzunun adı yenə qalmaqalda hallanır

01:40 12-09-2020 563

Məşhur Hollivud aktyoru Kevin Speysinin adı yenə qalmaqalla gündəmə gəlib.

“Variety” xəbər verir ki, aktyor bu dəfə də yeniyetməyə qarşı təcavüzdə ittiham edilir.

İki nəfər bu barədə məhkəməyə müraciət edib.

Onların sözlərinə görə, hadisə 1980-ci ildə, onların 14 yaşı olanda baş verib.

Şikayətçilərdən biri, Entoni Repp artıq 2017-ci ildə Speysinin ona davranışı barədə bildirmişdi.

İkinci şəxsin isə kimliyi açıqlanmır. O deyib ki, Speysi aktyorluq dərsləri keçmək adı ilə onu evə gətirib və təcavüz edib.

2018-ci ildə təxminən iyirmi insan Speysi tərəfindən təcavüzə uğradığı ilə bağlı şikayət edib, lakin ona qarşı ittihamlar prokurorluq tərəfindən geri qaytarılıb.