Koronavirusun tənəffüs aparatı olmadan müalicəsinin yolu tapılıb

04:40 12-09-2020 26

Rusiyalı alimlər koronavirusun müalicəsi zamanı Ağciyərlərin Süni Ventilyasiyası (ASV) aparatına qoşmadan xəstələri müalicə etməyin yolunu tapıblar.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Ural Filialının İmmunologiya və Fiziologiya İnstitutunun elmi direktoru Valeri Çereşnev bildirib.

Onun sözlərinə görə, helium-oksigen qarışığı ilə inhalyasiyalar koronoavirusu ağır keçirən 50 pasiyentdə yoxlanılıb. Prosedurdan sonra onlardan yalnız birini ASV aparatına qoşmaq lazım olub.

Çereşnev təcrübəni müsbət qiymətləndirib.

“Hazırda istehsal gedir”, - deyə o, əlavə edib.

Alim ağciyərlərin süni ventilyasiyasının bədənə kifayət qədər ağır yük olduğunu vurğulayıb. Onun sözlərinə görə, 90-95 dərəcəyə qədər qızdırılan helium-oksigen qarışığı mexaniki ventilyasiyadan xeyli üstündür.