Çində sprey formasında COVID-19 peyvəndinin insanlar üzərində sınanmasına icazə verildi

06:40 12-09-2020 40

Çinin burun spreyi formasında peyvəndinin klinik sınaqları təsdiqlənib.

“Clinical Trials Arena” xəbər verir ki, sınaqlarda 100 nəfər sağlam könüllünün iştirak etməsi planlaşdırılır.

Oktyabra planlaşdırılan ikinci və üçüncü də daxil olmaqla sınaqların azı bir il davam edəcəyi bildirilir.

Spreylə buruna tökülən peyvənd tənəffüs yolu ilə yayılan virusunun təbii yoluxma yoluna təsir edərək bədəndə immunitet meydana gətirir.

Tərkibində virusun zəif halı olan peyvənd potensial COVID-19 peyvəndləri arasında iynə əvəzinə spreylə tətbiq edilən ilk nümunə olacaq.

Tədqiqadçılar hesab edir ki, bu metod peyvəndin istehsal və tətbiq xərclərini azalda biləcək.