Gürcüstanda koronavirusa yoluxma sayı rekord həddə çatdı

13:00 12-09-2020 31

Son sutka ərzində Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 158-ə yüksəlib.

Bu barədə “StopCov” məlumat yayıb.

Sözügedən yoluxma sayı Gürcüstan üçün antirekord olub. Ölkədə yoluxma hallarının ümumi sayı 2075-ə çatıb. Son sutkada koronavirusdan 9 nəfər sağalıb. Bununla da sağalanların sayı 1363-ə çatıb.