Rusiyada azərbaycanlı vəkil başqasının mənzilini saxta yolla mənimsəməkdə ittiham edilir

16:00 12-09-2020 351

Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil Elman Paşayev 1997-ci ildə ruhi xəstəlikdən əziyyət çəkən Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub.

TASS-ın məlumatına görə, bu barədə Kirsanovlar ailəsi xəbər verib. Onlar ittihamla bağlı müxtəlif instansiyalara müraciət ediblər.

Bəzi məlumatlara görə, Paşayev ruhi xəstə olan qadından otaq icarəyə götürüb, sonra hansısa yolla onunla nikah bağlayıb. Qohumlar bundan xəbər tutduqda, onu mənzildən çıxarmağa çalışıblar. Lakin Paşayev onları hədələyib və birinci evliliyindən olan uşaqlarını orada qeydiyyatdan keçirib.

2005-ci ildə isə bütün mənzili ailəsi üçün özəlləşdirərək, qadını evsiz qoyub.

Xatırladaq ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyi Elman Paşayevi məhrum etmək istəyir. Ədliyyə Nazirliyi belə bir qərarın aktyor Mixail Yefremovun işi üzrə məhkəmə prosesi zamanı vəkilin davranışları ilə əlaqəli olduğunu vurğulayıb. Mixail Yefremov hökmdən sonra Paşayevin apellyasiya şikayətindən imtina edəcəyini bildirib. İstintaq təcridxanasında onu ziyarət edən hüquq müdafiəçilərinin dediyi kimi, aktyor da Paşayevin hərəkətlərinin onu çətin vəziyyətə saldığını fikirləşir.