Bakıda ikimərtəbəli evdə yanğın baş verib

20:40 12-09-2020 384

Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 80 kvm olan üç otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kvm sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.