Çilidə koronavirusla bağlı fəlakət rejimi 90 gün uzadıldı

01:40 13-09-2020 356

Çili Prezidenti Sebastian Pinera ölkədə koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən fəlakət rejimini (fövqəladə vəziyyət rejiminin müxtəlif növlərindən biri) 90 gün uzatmağa qərar verib.

Bu barədə TASS məlumat yayıb.

“Prezidentin Administrasiyası Çili ərazisində fəlakət rejiminin 90 gün uzadıldığını bildirir”, - deyə nəşr qeyd edib.

Hökumət ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşacağı halda qadağanın daha erkən ləğv oluna biləcəyini istisna etməyib.