TIR qarşısına çıxan 11 maşını əzdi - VİDEO

04:00 13-09-2020 28

Sosial şəbəkədə sürücünün idarəetməni itirməsi nəticəsində TIR-ın qarşısına çıxan 11 maşını əzməsi ilə bağlı yayılan görüntülər böyük şok yaradıb. Videodan görünür ki, narıncı rəngli yük maşını bir anda idarə etməni itirir, sonra isə qabaqda gedən avtomobilləri bir-bir əzir.

“Breaking 911” xəbər verir ki, dəhşətli hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

Qəza nəticəsində bir nəfər həlak olub, daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər yaralılara yerində yardım göstərilib.