Sığorta pulu almaq üçün qolunu kəsdi, fırıldaqçılığa görə həbs etdilər

07:40 13-09-2020 399

Sloveniyada 22 yaşlı qız bir milyon avrodan çox sığorta pulu üçün qolunu mişarlayıb.

Bu barədə “ABC News” xəbər verir.

Yuliya Adlesiç adlı qız 2019-cu ilin əvvəlində sevgilisi ilə birgə sol əlini biləyindən kəsməyə razı olub.

Budaqları kəsərkən yaralandığını iddia edən Adlesiç xəstəxanaya aparılıb.

Eyni zamanda, onlar əlin kəsilmiş hissəsini də yenidən tikmək mümkün olmasın deyə, özləri ilə aparmayıblar.

Məlum olub ki, qız hadisədən bir il əvvəl beş sığorta şirkəti ilə müqavilə imzalayıb.

Qız sığortanın yarısını dərhal, qalanını isə aylıq ödənişlərlə almaq barədə danışıqlar aparıb. Lakin prokuror bildirib ki, hadisədən bir neçə gün əvvəl Yulianın sevgilisi süni əllərin necə işlədiyi barədə internetdə məlumat axtarıb və bu, hadisənin qəsdən törədilməsini sübut edir.

Məhkəmə qızı sığorta fırıldaqçılığına cəhddə günahkar hesab edərək iki il, sevgilisini isə üç il həbs cəzasına məhkum edib.