Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

12:20 13-09-2020 384

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz  olacaq. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək.  Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 18-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.