Əslən azərbaycanlı Ukrayna vətəndaşı Belarusda yaxalandı

13:00 13-09-2020 18

Belarusun paytaxtı Minskdə keçirilən aksiyalarda 1980-ci il təvəllüdlü, əslən Azərbaycanın Salyan rayonundan olan, Ukrayna vətəndaşı Şirinov Səməd Sabit oğlu saxlanılıb.

“Report”un Avropa bürosunun məlumatına görə, S.Şirinov Kiyevə deportasiya olunub.

Minsk şəhərinin Sovetsk Rayon Məhkəməsi qərar çıxararkən buna səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozma kimi halları göstərib.