Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı sualları cavablandırıb - VİDEO

17:40 13-09-2020 26

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə bağlı sualları cavablandırıb.

Nazirin çıxışını əks etdirən video Təhsil Nazirliyinin "Facebook"dakı səhifəsi olan Təhsil TV-də yerləşdirilib.

E.Əmrullayev müəllimlərin vakansiya seçimi mərhələsi ilə bağlı yaranmış suallara aydınlıq gətirib. 

Nazir hansı fənlər üzrə vakant yerlərin artdığını, hansıların azaldığını bildirib.  Artan ixtisaslar rus dili, kimya, musiqi, ingilis dili, riyaziyyat, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə ixtisaslarıdır. Azalan ixtisaslar ibtidai sinif, fizika, Azərbaycan dili və ədəbiyyadır. Ümumilikdə isə elan edilmiş vakansiyalar ötən ildəkilərin sayından çoxdur. Bu il ümumilikdə 8322 vakant yer elan edilib ki, bu da ötənilki saydan 1014 yer və ya 14 faiz artıqdır.

Nazirin çıxışını təqdim edirik: