İradə Aşumovanın oğlu Danimarkada çempion oldu

23:40 13-09-2020 21

Güllə atıcımız Ruslan Lunyov Avropa kubokunun dördüncü mərhələsinin qalibi olub.

Danimarkanın Orhus şəhərində güllə atıcılığı üzrə Avropa kubokunun dördüncü mərhələsi keçirilib.

Yarışda yığma komandanın üzvü Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında birinci yeri tutub.

Təmsilçimiz bu nəticəyə 580 xal toplamaqla nail olub. 

Qeyd edək ki, Ruslan Lunyov Olimpiya mükafatçısı İradə Aşumovanın oğludur.