Ərinin ölümündən iki gün sonra özünü binadan atdı

07:00 14-09-2020 337

Hindistanda qadın ərinin ölümündən sonra özünü binadan atıb. 

Bu barədə "Daily Star" məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı tələbə Saniya Xandelvalla 32 yaşlı Surundrasinxin toylarından iki həftə sonra cinsi çatışmazlıq səbəbindən aralarında mübahisə yaranıb. Bu da kişinin intihar etməsi ilə nəticələnib.

Ərinin ölümündən iki gün sonra isə S.Xandelval özünü ticarət mərkəzlərindən birinin üçüncü mərtəbəsindən atıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. 

Oğlunun ölümündə gəlinini təqsirli bilən Muli Parmar polisə şikayət edib. 

Hazırda faktla bağlı araşdırma aparılır.