Uzun müddətdən sonra açılan “yeraltı dünya”dan FOTOREPORTAJ

16:00 14-09-2020 18

72 günlük fasilədən sonra, yəni bu gün “Bakı Metropoliteni” yenidən sərnişinlərin xidmətinə verilib. 

Səhər saatlarından etibarən insanlar metroya üz tutub. Metronun açılması yerüstü ictimai nəqliyyatın yükünü nisbətən azaldacaq. 

Uzun müddətdən sonra fəaliyyətini bərpa etməsinə baxmayaraq, səhər saatlarında metronun müxtəlif stansiyalarında sıxlıq müşahidə olunmurdu. 

Sərnişinlər metronun girişində quraşdırılan dəmir lövhələrdən ibarət sıralarda dayanır, sosial məsafəni qorumaq şərtilə stansiyaya daxil olurlar. 

Maskasız stansiyaya daxil olmaq qəti qadağandır. Stansiyaya daxil olan sərnişinlərdən, ilk baxışda halsız, şübhəli görünənlərin hərarəti ölçülür. Hərarəti yüksək olan sərnişinlər stansiyadan geri qaytarılır. 

HerGun.Az-ın fotoqrafı bu gün metronun “Dərnəgül” və “28 May” metrostansiyalarındakı vəziyyəti kameranın yaddaşına köçürüb.

FOTO: Ramil Zeynalov