Tramp: “Obama layiq olmadan və heç nə etmədən Nobel mükafatı alıb”

16:20 14-09-2020 362

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamının Nobel mükafatı alması ilə bağlı danışıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Ağ Evin rəhbəri bildirib ki, B.Obama vəzifəyə başladıqdan çox qısa müddət sonra Nobel mükafatı alıb. ABŞ Prezidenti Barak Obamının layiq olmadan və “heç nə etmədən” bu mükafatı aldığını söyləyib. D.Tramp həmçinin iki dəfə bu mükafata namizəd göstərildiyini qeyd edib. Siyasətçi bütün bunların onun Serbiya-Kosovo, həmçinin Ərəb-İsrail məsələlərinin həllindəki səylərinə görə olduğunu vurğulayıb.