Putin: “Rusiya Belarusa 1.5 milyard dollar kredit verəcək”

19:00 14-09-2020 24

“Moskva və Minsk 1.5 milyard dollar həcmində kredit verilməsi məsələsində razılığa gəlib”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz razılaşdıq ki, Rusiya Belarusa bu çətin məqamda 1.5 milyard dollarlıq dövlət krediti verəcək. Biz bunu icra edəcəyik”, - deyə V.Putin bildirib.