Bu gün Türkiyədə 63 nəfər koronavirusdan ölüb

00:00 15-09-2020 387

Bu gün Türkiyədə koronavirusa 1 716 yeni yoluxma aşkarlanıb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Məlumata görə, bu gün 63 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya ərzində koronavirusdan ölənlərin ümumi sayı 7 119 nəfərə yüksəlib.

Son gün ərzində daha 1 225 pasiyent koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 260 058 nəfərə çatıb.