Goranboyda avtomobil kafeyə çırpıldı, sürücü hadisə yerində öldü - VİDEO

02:40 15-09-2020 27

Goranboyda dəhşətli qəza baş verib.

Belə ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində qeydə alınıb. İdarəetməni itirən sürücü yol kənarında fəaliyyət göstərən kafeyə girib.

Ağır qəza zamanı 26 yaşlı sürücü Araz Hümbətov hadisə yerində ölüb. Yüksək sürətlə idarə olunan minik maşını yol kənarındakı ağacları qıraraq kafenin bir hissəsini də uçurub.

Qəza zamanı ictimai iaşə obyektində olanlardan xəsarət alan olmayıb.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.