Mbappe maaşının artırılmasını istəyir

03:40 15-09-2020 400

PSJ-nin hücumçusu Kilian Mbappe klubu tərk edə bilər.

“The Sun” agentliyi xəbər verir ki, artıq ulduz futbolçu gələn yay klubdan ayrılmaq planı barədə Fransa klubunun rəhbərliyini məlumatlandırıb.

Mənbə yazır ki, PSJ 21 yaşlı istedadlı futbolçunu 300 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil.

K.Mbappe isə öz növbəsində klubdan maşının 20 milyon avroya qədər artırılmasını tələb edir.

Qeyd edək ki, 2017-ci ildən PSJ-nin formasını geyən gənc futbolçu paytaxt klubunun heyətində 90 qola imza atıb.