“Tik-Tok”un ABŞ-da yeni müştərisi bəlli oldu

08:40 15-09-2020 354

Çinin “ByteDance” şirkəti “Oracle” korporasiyasını “Tik-Tok” sosial şəbəkəsinin Amerika seqmentinin alıcısı olaraq seçib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, “ByteDance” şirkətinin “Tik-Tok”u satmaq üçün ABŞ və Çin hökumətləri tərəfindən imzalanacaq sazişə ehtiyacı var.

Öz növbəsində “Microsoft”dan bildirilib ki, “ByteDance” ABŞ-dakı “Tik-Tok” bölməsini ona satmaqdan imtina edib.

“Oracle” korporasiyası “Microsoft”dan sonra gəlirlərinə görə ABŞ-da ikinci ən böyük proqram təminatı yaradıcısıdır.

Xatırladaq ki, Donald Tramp “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “Tik Tok” əlavəsinin ABŞ-da fəaliyyətini dayandıracağını bildirmişdi.