Narkoman kişi başqasının uşağını özününkü sayıb aparmaq istədi - VİDEO

03:20 16-09-2020 394

Narkotik maddələrin təsirində olan kişi günün günorta çağı parkda oynayan iki yaşlı uşağı atasının yanından oğurlamaq istəyib.

“Daily Mail”in məlumatına görə, hadisə Böyük Britaniyada baş verib.

Bildirilib ki, uyuşdurucu maddələrin təsirindən beyni dumanlanan 41 yaşlı Maykl Pol Rouson uşağı öz qızı hesab edərək kişinin əlindən almaq istəyib. Bununla bağlı yayılan videoda həmin hadisə anbaan qeydə alınıb.

Qeyd edək ki, artıq saxlanılan kişiyə hökm oxunub. O, “uşaq oğurluğuna cəhd”də təqsirli bilinib.