On beş gün axtarılan şəxsin parçalanmış cəsədi tapıldı - FOTO

04:20 16-09-2020 408

Türkiyənin Sivas vilayətinin Topulyurt kəndində 15 gündür itkin düşən şəxsin cəsədi tapılıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, 42 yaşlı H.A.-nın cəsədi parçalanmış halda olub.

O, ailəsinə İstanbula işləməyə getdiyini deyib. Həmin şəxsdən xəbər alınmadıqda isə axtarışlara başlanılıb.

Kəndin mərkəzinə yaxın ərazidən tapılan parçalanmış meyitin itkin düşmüş H.A.-ya məxsus olduğu müəyyən edilib.

İlkin ehtimala görə, o, avtomobillə qəza törədib və üzərinə qaya düşərək ölüb. Bundan sonra cəsədini vəhşi heyvanlar parçalayıb.

Faktla bağlı araşdırma başlayıb.