Dəcəllik edən ayı qapının zəngini basıb qaçdı - VİDEO

05:20 16-09-2020 571

Dəcəl uşaqlar kimi evin zənginə basıb qaçan ayılar barədə video sosial şəbəkədə böyük maraqla qarşılanıb.

“Daily Mail”in məlumatına görə kadrlar Kaliforniyada çəkilib.

Görüntüdə əvvəlcə evin qabağında gəzişən ayılar əks olunur. Onlardan biri evə yaxınlaşaraq pəncəsi ilə qapıdan yapışır. Bu vaxt qapının zəngi basılır. Bunu eşidən ayı oradan uzaqlaşır.

Ev sahiblərinin sözlərinə görə, qapının zəngi gecə yarısı basıldığından onlar əvvəlcə kiminsə zarafat etdiyini düşünüblər. Kameraya baxdıqda isə gözlərinə inanmayıblar.

“Zəngi basanın ayı olduğunu gördükdə ikimiz də qəhqəhə çəkdik. Aşağı mərtəbəyə düşüb qapını açanda isə onlar artıq getmişdilər”, - deyə ev sahibi bildirib.