Ağcabədidə yanğın oldu

09:20 16-09-2020 391

Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli beş otaqlı evin üç otağının yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 50 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.