Əhəd Abıyev müavinini işdən çıxardı

12:00 16-09-2020 387

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müavinini işdən çıxarıb.

Unikal.org-un məlumatına görə, Əhəd Abıyevin əmri ilə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev tutduğu vəzifədən azad olunub.

Onun yerinə hələlik təyinat yoxdur.