Tramp koronavirusu qısa müddətdə müəyyən edən test təqdim etdi

15:40 16-09-2020 401

ABŞ prezidenti Donald Tramp 15 dəqiqə ərzində koronavirusu aşkarlayan test təqdim edib.

Onun ABC kanalında təqdim etdiyi test “Abbott” şirkətinin istehsalı olub.

“Sizi çox xüsusi bir şeylə tanış etmək istəyirəm. Yanımda bu gün çıxan yeni bir test var”, - deyə o, pencəyinin cibindən kiçik karton qutu çıxarıb.

Onun sözlərinə görə, yeni test çox dəqiq nəticələr verir və istifadəsi çox asandır.