Bu gün Türkiyədə daha 63 nəfər koronavirusdan ölüb

23:40 16-09-2020 22

Bu gün Türkiyədə yeni növ koronavirusdan daha 63 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial mediada məlumat yayıb. 

Məlumatda bildirilir ki, son 24 saatda 112 645 nəfər koronavirus testindən keçib, onlardan 1771-nin  cavabı pozitiv çıxıb. Həmçinin 1342 xəstənin sağalaraq evə buraxıldığı deyilir. 

Türkiyədə ümumilikdə 296 391 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 262 602 nəfər sağalıb, 7249 nəfər isə vəfat edib.