Leninin mumiyası Vaşinqtona aparılacaq?

02:40 17-09-2020 361

Amerikalı rəssam Devid Datuna Leninin cəsədini alaraq Vaşinqtonda yaradacağı mavzoleyə yerləşdirmək istəyir.

Bu barədə Mk.ru rəssamın mətbuat xidmətinin məlumatına istinadla xəbər yazır.

Datunanın sözlərinə görə, bu təklifin səbəbi ABŞ-da sosializm və kommunizm tələbinə olan dəyişikliklərdir. Sənətçi bildirib ki, amerikalılar ömürləri boyu borc ödəməli olduqları aqressiv kapitalizm siyasətindən beziblər.

Rəssam mumiya üçün bir milyon dollar ödəməyə hazırdır, amma lazım olsa, bir milyard dollar da toplaya bilər.

O, qeyd edib ki, ABŞ kommunizmə doğru irəliləyir, buna görə Lenin onlar üçün Rusiyadan daha vacibdir. Yeni bir mavzoley yaratmaq çətin deyil, bunun üçün Leninin özü lazımdır, ona görə Datuna onu Rusiyadan satın almaq istəyir.

Datuna tanınmış ABŞ sənətçisi və kolleksioneridir. O, “Hər şeyi görən V.” adlı rəsmini Rusiya prezidentinə həsr edib.