Mayli Sayrus paylaşdığı FOTOSU ilə tənqid hədəfi oldu

03:40 17-09-2020 531

Amerikalı müğənni Mayli Sayrus idman zalından olan görüntüsünü paylaşıb. Lakin fotolar istifadəçilər tərəfindən tənqidlə qarşılanıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, ifaçı fotonu özünün “Instagram” hesabının “hekayə” bölümündə yayımlayıb.

“O, yazıq görünüşə sahibdir”, “80-ci illərin saç düzümü çox pis görünür”, “Bu varlıqda seksual heç nə yoxdur”, “Mayli sadəcə ümidsiz şəkildə diqqəti üzərində cəmləmək istəyir” və s. kimi şərhlər fotonun altında yer alıb.