Həkimlər Donald Trampın vəziyyətini açıqladı: Kritik hədd geridə qaldı

23:40 03-10-2020 391

COVID-19-a yoluxan ABŞ Prezidenti Donald Trampın həkimləri mətbuat konfransı keçirib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Həkimlər D.Trampın müalicəsinin beş gün davam edəcəyini qeyd ediblər.

Həmçinin Ağ Evin rəhbərinin kritik sayılan həddi geridə qoyduğu, vəziyyətinin kifayət qədər yaxşı olduğu, oksigenə ehtiyac olmadan müalicə oluna biləcəyi vurğulanıb.