Azərbaycanda yaşayan ruslar ermənilərin yalanlarını ifşa etdilər - VİDEO

03:20 04-10-2020 372

Azərbaycanda yaşayan ruslar ermənilərin yaydığı yalan informasiyaları ifşa etmək üçün videomüraciət yayıblar. 

Video “Facebook” sosial şəbəkəsində paylaşılıb. 

Onlar xristianların Azərbaycanda sıxışdırılması ilə bağlı ermənilərin yaydığı saxta məlumata qarşı çıxaraq, bildiriblər ki, burada sakit yaşayırlar və ölkəmizdə din azadlığı var:

“Biz xristianlar Azərbaycanda xoşbəxt yaşayırıq. Bu gün Azərbaycan öz torpaqları uğrunda döyüşür. Biz bütün həyatımız boyu Azərbaycanda yaşayan xristianlarıq. Bizim ölkəmizdə din azadlığı var”.