Ev itləri koronavirusu laborator analizlərdən çox daha sürətli müəyyən edir

05:40 04-10-2020 415

Ev itlərinə hava limanında sərnişinlərdə koronavirusu aşkar etmək öyrədilir.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Helsinki Universitetinin Baytarlıq fakültəsi Ev Heyvanlarının Klinik Tədqiqatları bölməsinin dosenti Anna Hielm-Byorkman deyib.

Bildirilir ki, bununla əlaqədar bir həftə əvvəl Helsinki hava limanında sınaqlara başlanıb və sərnişinlər könüllü olaraq iştirak üçün müraciət edirlər.

Könüllülərdən dərilərini salfetlə silmələri istənilir, sonra bir qaba atılaraq itin yanına aparılır. Prosedur bir dəqiqədən az müddət çəkir.

Eyni zamanda, test üçün sərnişinlərin şəxsi məlumatları toplanmır. Nəticə müsbət olarsa, şəxs sağlamlıq mərkəzinə göndərilir. Prosedur zamanı xəstənin itə qarşı allergiyası və ya heyvan qorxusu daxil olmaqla bir sıra xüsusiyyətlər nəzərə alınır.

Hielm-Byörkmanın sözlərinə görə, təcrübədə xidməti deyil, ev itləri iştirak edir. 

Onun sözlərinə görə, itlərin təlimi bir neçə saatdan bir neçə aya qədər davam edə bilər.