Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb

10:00 04-10-2020 377

Goranboyda iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib.

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüdlü Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımi tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.