Premyer Liqada sürprizlər gecəsi: “Liverpul” yeddi, “Mançester Yunayted” altı qol buraxdı - VİDEO

02:00 05-10-2020 530

İngiltərə Premyer Liqasında IV tura yekun vurulub.

Son oyun günündə altı qarşıalşma baş tutub.

Son çempion “Liverpul” Birmingem səfərində biabırçı məğlubiyyətlə üzləşib. Ardıcıl üçüncü qələbəsinə sevinən “Aston Villa” mersisaydlıları darmadağına məruz qoyub.

“Mançester Yunayted” də ağır yenilgi alıb. Ole-Qunnar Sulşerin yetirmələri öz meydanında darmadağınla üzləşib. “Tottenhem” rəqibini 6:1 hesabı ilə yenib. “Lester” “Vest Hem”lə qarşılaşmada üç cavabsız qola əngəl ola bilməyib. 

“Vulverhempton” “Fulhem”lə, “Arsenal” “Şeffild Yunayted”lə, “Sauthempton” “Vest Bromviç”lə ev matçında üç xal qazanan tərəf olub.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 17-19-da keçiriləcək.

İngiltərə Premyer Liqası

IV tur

4 oktyabr

“Vulverhempton” – “Fulhem” – 1:0
Qol:
Neto, 56

“Arsenal” – “Şeffild Yunayted” – 2:1
Qollar:
Saka, 61, Pepe, 64 – Makqoldrik, 83

“Sauthempton” – “Vest Bromviç” – 2:0
Qollar:
Cenepo, 41, Romeu, 69

“Lester” – “Vest Hem” – 0:3
Qollar:
Antonio, 14, Fornals, 34, Bouen, 83

“Mançester Yunayted” – “Tottenhem” – 1:6
Qollar:
Fernandes, 2 (pen.) – Ndombele, 4, Son, 7, 37, Keyn, 30, 79 (pen.), Orye, 51

“Aston Villa” – “Liverpul” – 7:2
Qollar:
Uotkins, 4, 23, 39, Makqin, 35, Barkli, 55, Qriliş, 66, 75 – Salah, 33, 60