Göygöldə piyadanı maşın vurub öldürdü

03:00 05-10-2020 13

Göygöldə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Hərəkədə olan “Hyundai” markalı minik maşını yolu keçmək istəyən kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Abdulla Hüseyn oğlunu vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb 

Faktla bağlı araşdırma aparılır.